ZƏFƏR SALNAMƏSİ A chronicle of victory Хроники победы
44 XƏYALLARI HƏQİQƏTƏ ÇEVİRDİ
ZƏFƏR SALNAMƏSİ / IRS Publishing House 2021
A chronicle of victory / Хроники победы
Image is not available

Kitabın ön sözünü Qalib xalqın müzəffər Ali Baş Komandanı tərəfindən yazılıb. Kitabın özəlliyi tarixi faktlara və həqiqətlərə söykənərək qələmə alınmasındadır. Ölkəmizin başçısı özünün müəllifi olduğu şanlı qələbəmizlə bağlı “Zəfər dastanı”nda qeyd edir ki, tarix boyu bu ərazilərdə Azərbaycan xalqı yaşayıb və ermənilər buraya sonradan köçürülüb. Kitabda Zəfər ərəfəsi - 2016-cı ilin dördgünlük aprel döyüşlərə xüsusi yer verilib. “Zəfər Salnaməsi” kitabında 27 sentyabrda başlayıb 10 noyabrda yekunlaşan 44 günlük Vətən müharibəsinin günbəgün, saatbasaat ən önəmli hadisələri haqqında məlumat verilib. Prezidentin 44 gün ərzində dünyanın 30-dan çox nüfuzlu media agentliklərinə müsahibələri haqqında danışılır. İşğaldan azad olunan hər kənd, qəsəbə və şəhər haqqında söhbət açılır. Və 10 noyabr üçtərəfli sazişi ilə bu qələbə rəsmiləşdirilir. 

Slide 2
44 / XƏYALLARI HƏQİQƏTƏ ÇEVİRDİ
Mövsümov Camid
Bakı 2021
Image is not available

Azərbaycanın son 200 illik tarixi yaşantıları, qələbəsi qısa formada bu kitabda toplanıb. Kitab Azərbaycanın son yüzilliklərdə başına gətirilən müsibətlərdən, Qarabağ münaqişəsinin yaranma səbəbləri və onun ətrafında baş verənlərdən bəhs edir. Həmçinin, bu əsər bir vətənpərvərin hisslərinin təcəssümüdür. Kitabda Vətən müharibəsinə daha çox yer verilib. Bizi Qələbəyə aparan, Qarabağa - doğma yurdumuza qovuşduracaq 44 günə.

Slide 2
İLHAM ƏLİYEV: “ƏZİZ ŞUŞA, BİZ QAYITMIŞIQ!
Image is not available

Kitabda 44 günlük Vətən müharibəsi, Şuşanın şərəfli tarixi, zəngin mədəniyyəti, şəhərin azad olunması uğrunda gedən gərgin döyüşlər, qəhrəmanlarımızın şücaəti, ölkə başçısı cənab İlham Əliyevin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncamı, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi və digər sənədlər barədə ətraflı məlumat verilib.
Kitabın ideya müəllifi və yazarı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov, elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayevdir.

Slide 2
MİLLİ QƏHRƏMANLAR
Bahar Sonam
2020
Image is not available

Qarabağ uğrunda gedən döyüşlərdə böyük sayda günahsız insanlar soyqırıma məruz qalmışdılar: bir milyondan artıq insan ata-baba yurdlarından deportasiya olunmuşlar. Saysız-hesabsız oğul və qızlarımız şəhid olmuş, odlu səngərlərdə döyüşən oğullarımız vətən uğrunda canlarından keçmişlər. O say-seçmə oğullardan 215 nəfəri fövqəladə xidmətlərinə görə "Azərbaycanın Milli Qəhrəman"ı adına layiq görülmüşlər. R.Bahar SONAM-ın tərtib etdiyi "Azərbaycanın Milli Qəhrəmanlar"ı adlı kitabı bütün oxucularına təqdim edilir.

Slide 3
QARABAĞIN ENEOLİT VƏ TUNC DÖVRÜ ARXEOLOJİ ABİDƏLƏRİ
Hidayət F. Cəfərov
2021
Image is not available

Monoqrafiyada müəllifin 1987-ci ildə Qarabağın Ağdam və Ağcabədi rayonlarında apardığı çöl-tədqiqat işlərinin nəticələri əks olunub. Çöl-tədqiqat işlərinin əsas məqsədi - eneolit dövründən orta əsrlərə qədər xronologiyanı ehtiva edən arxeoloji abidələrin koordinatları araşdırmaq və xəritəsini tərtib etməkdir.

Slide 3
TÜRKLƏR, AZƏRBAYCANLILAR, ERMƏNİLƏR:
TARİXİ HƏQİQƏTİN SOYQIRIMI
Cəlal Əliyev
Bakı 2003
Image is not available

Kitabda qondarma “Osmanlı imperiyasında 1915-ci il erməni soyqirimi haqqında” qətnaməsi faktlarlarla araşdırılıb, tarixi həqiqətlər, erməni millətçi təşkilatlarının məkrli planları açıq şəkildə göstərilib.

Slide 3
TARİXİN BİR GÜNÜ
VƏ YA BİR GÜNÜN TARİXİ
Mehriban Ələkbərzadə
Bakı 2005
Image is not available

Kitab tanınmış jurnalist-tədqiqatçı, Naxçıvan Respublikasının əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin son illərdə SPACE telekanalında getmiş böyük ictimai, elmi-ideoloji maraq doğuran filmlərin ssenarisi əsasında hazırlanıb. Burada Azərbaycanın ən yeni tarixinin bir sıra unudulmuş və ya unutdurulmuş məqamları barədə yeni mənbələrə dayanılaraq geniş publisistik şərhlər öz əksini tapıb.

Slide 3
AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI
Vüqar Əsgərov
Bakı 2005
Image is not available

Kitabda Azərbaycanın adını ucadan uca tutan, Azərbaycanın suverenliyi, dövlətçiliyi, torpaqlarıımızın bütövlüyü uğrunda döyüşən 209 qəhrəmanın hər birinin öz döyüş hünəri, rəşadəti, tərcümeyi-halı bu topluda işıqlandırılıb.

Slide 3
QARABAĞNAMƏLƏR AZƏRBAYCAN TARİXİNİ ÖYRƏNMƏK ÜÇÜN MƏNBƏ KİMİ
Yunis Hüseynov
Bakı 2007
Image is not available

Kitabda Qarabağ xanlığının yaranması, оnun ictimai quruluşu, sərhədləri, əhalisinin milli və sоsial tərkibi, iqtisadiyyatı, Оsmanlı Türkiyəsi və Gürcüstanla əlaqələri və xanlığın ərazisinin XVIII əsrin sоnu – XIX əsrin əvvəllərində Qacarlarla Rusiya impеriyası arasında bеynəlxalq çəkişmə mеydanına çеvrilməsi məsələləri şərh еdilir.

Slide 3
ŞUŞA SALNAMƏSİ
Yunis Hüseynov
Şuşa, 2015
Image is not available

Kitabda müəllif Şuşa şəhərinin keçdiyi tarixi yola nəzər salır, Şuşa qalası haqqında gördüklərini, bildiklərini və eşitdiklərini qısa şəkildə izah edir. Əsərdə müəllif Şuşanın müqəddəs ocaqları, karvansaraları və hamamları haqqında dəqiq məlumatlar sərgiləyib. Əsərə əlavə edilən materiallar “ŞUŞA SALNAMƏSİ”-nin elmi məzmununun artırılmasına məqsədyönlü təsir göstərir.

Slide 3
QARABAĞ:
ETNOMƏNƏVİ İNKİŞAF TARİXİ
Xəliyəddin Xəlili
Bakı 2006
Image is not available

Monoqrafiyada Alban türklərinin etnos kimi formalaşması, eramızın 4-cü əsrindən Kiçik Asiyada yaşayan ermənilərin dilinin Avropa sistemli dildən türk sistemli dilə keçilməsi, bu üstünlüyün XX əsrin əvvəllərinə kimi saxlanlması erməni tədqiqatçıları və yazarlarına istinadən şərh edilir. Milli inkişafda sosial-mədəni mühitin, inam və etiqadın, adət-ənənənin və s. əxlaqın, streotipin, özünüadlandırmanın, dini və milli ideologiyanın, dilin və milli şüurun, empirik və elmi dünyagörüşün vəhdəti Azərbaycan etnoqrafiyasında ilk dəfə şərh olunur. Kitabda həmçinin ermənilərin, Avropa imperalistlərinin xristian təəssübkeşliyi, ermənilərdən istifadə etməklə onların Qarabağa və Qafqaza XIX əsrdə köçürülməsindən mənbələr əsasında bəhs edilir.

Slide 3
XX Yüzillik-soyqirim, mif və həqiqətlər
XX Century-genocide, myth and realities
ХХ Столетие-геноцид, миф и реальности
Image is not available

Əsərdə 1905-ci il erməni-Azərbaycan münaqişəsi və mətbuat, 1915-1918-ci illərdə türk müsəlman əhalisinə qarşı erməni soyqiriımları haqqında həqiqətlər, müasir mərhələdə ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti kimi məsələllər geniş şəkildə öz əksini tapıb. Məcmuə Azad Müəllimlər Birliyinin “XX yüzillik- soyqırım, mif və həqiqətlər” mövzusunda keçirdiyi konfrans materiallarından hazırlanıb.

Slide 3
Qarabağ: suallar və faktlar
N.Kaya (Məsləhətçi və ön sözün müəllifi)
Bakı 2005
Image is not available

Kitabda alimlərimiz tərəfindən Qarabağın tarixi, Qarabağın maddi-mənəvi mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri, Ermənistanın törətdiyi beynəlxalq hüquq pozuntuları, konfliktoloji məsələləri geniş şəkildə araşdırılmışdır.

Slide 3
QARABAĞIN ELAT DÜNYASI
Xaliyəddin Xəlilov
Bakı 1992
Image is not available

Kitabda Qarabağın tarixi coğrafiyası, etnik tarixi, Qarabağı Qarabağ edən özünəməxsusluqlarından, maddi-mənəvi mədəniyyətindən, keçdiyi tarıxı yoldan, erməni daşnaklarının törətdikləri haqsızlıqlardan bəhs edilir.

Slide 3
KÖNLÜM QARABAĞDADI
Xuraman
Bakı 2006
Image is not available

Kitabda Qarabağın dərdini həyatıının mənasına çevrilən, əslən qarabağlı olan müəllifin povest və hekayələri, mənsur şeirləri və şerləri, mətbuatda çap olunan məqalələri toplanıb.

Slide 3
QARABAĞIM QƏM OCAĞIM
Xuraman
Bakı 2004
Image is not available

Kitabda xalqımızın istedadlı yazarı, şairə Xuraman xanımın Qarabağ mövzusunda – həm Qarabağlı günlərimizin xoş ətrini, həm də Qarabağsız dərdlərimizin ağrısını özündə əks etdirən poema və şeirləri toplanıb.

Slide 3
«QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH»
1-ci Ümumrespublika elmi-əməli konfransının tezislər
Qarabağ Azadlıq Təşkilatı / Bakı 2002
Image is not available

Buraxılış Azərbaycan-Ermənistan müharibəsi ilə əlaqədar 2002-ci il 24-25 mayda keçirilən "Qarabağ dünən, bu gün və sabah" 1-ci Ümumrespublika elmi-əməli konfransının məruzə və çıxışlarının tezislərini əhatə edir.

Slide 3
«QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH»
2-ci Ümumrespublika elmi-əməli konfransının tezislər
Qarabağ Azadlıq Təşkilatı / Bakı 2003
Image is not available

Buraxılış Azərbaycan-Ermənistan müharibəsi ilə əlaqədar 2003-ci il 27-28 mayda keçirilən "Qarabağ dünən, bu gün və sabah"' 2-ci Ümumrespublika elmi-əməli konfransının məruzə və çıxışlarının tezislərini əhatə edir.

Slide 3
«QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH»
3-cü Ümumrespublika elmi-əməli konfransının tezislər
Qarabağ Azadlıq Təşkilatı / Bakı 2004
Image is not available

Buraxılış Azərbaycan-Ermənistan müharibəsi ilə əlaqədar 2004-ci il 25-26 mayda keçirilən "Qarabağ dünən, bu gün və sabah" 3-cü Ümumrespublika elmi-əməli konfransının məruzə və çıxışlarının tezislərini əhatə edir.

Slide 3
«QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH»
4-ci Ümumrespublika elmi-əməli konfransının tezislər
Qarabağ Azadlıq Təşkilatı / Bakı 2005
Image is not available

Buraxılış Azərbaycan-Ermənistan müharibəsi ilə əlaqədar 2005-ci il 19 mayda keçirilən "Qarabağ dünən, bu gün və sabah" 4-cü Ümumrespublika elmi-əməli konfransının məruzə və çıxışlarının tezislərini əhatə edir.

Slide 3
«QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH»
5-ci Ümumrespublika elmi-əməli konfransının tezislər
Qarabağ Azadlıq Təşkilatı / Bakı 2006
Image is not available

Buraxılış Azərbaycan-Ermənistan müharibəsi ilə əlaqədar 2006-cı il 25-mayda keçirilən "Qarabağ dünən, bu gün və sabah" 5-ci elmi-əməli konfransının məruzə vo çıxışlarının materiallarını əhatə edir.

Slide 3
«QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH»
6-ci Ümumrespublika elmi-əməli konfransının tezislər
Qarabağ Azadlıq Təşkilatı / Bakı 2007
Image is not available

Buraxılış Azərbaycan-Ermənistan müharibəsi ilə əlaqədar 2007-ci il 24 mayda keçirilən "Qarabağ dünən, bu gün və sabah" 6-cı elmi-əməli konfransının məruzə və çıxışlarının materiallarını əhatə edir.

Slide 3
QARABAĞ: YADDAŞ KİTABI
Qarabağ Azadlıq Təşkilatı
Bakı 2014
Image is not available

Kitabda “Dağlıq Qarabağ münaqişəsi” deyilən məsələ əslində “münaqişə”, “məsələ” deyil, Ermənistanın Azərbaycana qarşı başladığı müharibə, həmçinin Ermənistanın Azərbaycandan torpaq, Dağlıq Qarabağ ərazilərini qopartmaq üçün başladığı müharibə olması geniş işıqlandırılıb. Ermənistanın bu elan olunmamış müharibənisinin 1988-ci il 13 fevralda başlamasından, 1994-cü il mayın 12-də atəşkəs rejimi tətbiq olunanadək, 6 il ərzində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazilərini işğal etməsi kimi acı həqiqətlərin şərhi kitabda yer alıb.

Slide 3
ERMƏNİ MƏSƏLƏSİ
Yusif Qazıyev
Bakı 2009
Image is not available

Kitabda “Erməni məsələsi”nin əsl mahiyyəti barədə fikrlərə, habelə qeyri-müsəlman tədqiqatçılarının araşdırmalarına, o cümlədən, erməni terrorunun vəhşətini yaşamış şahid ifadələrinə geniş yer verilib, müxtəlif mənbələr əsasında ermənilərin həyata keçirdikləri kütləvi türk soyqırımları, yürütdükləri məkrli siyasətləri müxtəlif faktlar əsasında izah edilib.

Slide 3
QARABAĞ MÜZAKİRƏ OLUNUR
Bakı 2006
Image is not available

Humanitar Tədqiqatlar Cəmiyyətinin təqdim etdiyi bu kitab İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti seçilməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində rəsmi və vətəndaş cəmiyyəti səviyyəsində atılmış addımları və cəmiyyətin müxtəlif təbəqələrinin səsləndirdikləri fikirləri özündə əks etdirir.

Slide 3
QARABAĞNAMƏLƏR
Birinci kitab
Bakı 2006
Image is not available

Kitabda Azərbaycanın XIX əsr maarifpərvər tarixçiləri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin, Əhməd bəy Cavanşirin Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanıb.

Slide 3
QARABAĞNAMƏLƏR
İkinci kitab
Bakı 2006
Image is not available

"Qarabağnamələr"in ikinci kitabında Azərbaycanın XIX əsr salnaməçiləri Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin və Rzaqulu bəy Mirzə Camal oğlunun Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanıb.

Slide 3
QARABAĞNAMƏLƏR
Üçüncü kitab
Bakı 2006
Image is not available

“Qarabağnamələr”in üçüncü kitabında Azərbaycanın XX əsr salnaməçiləri Mirzə Rəhim Fənanın, Baharlının, Həsən İxfa Əlizadənin, Həsənəli Qaradağinin, Abbasqulu ağa Bakıxanovun Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanıb.

Slide 3
Ermənistan-azərbaycan, dağliq qarabağ münaqişəsi insan hüquqlari kontekstində:
Tətbiq olunan hüquq və məsuliyyət məsələləri
Vəfaddin İbayev / Bakı 2001
Image is not available

Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi insan hüquqları kontekstində araşdırılaraq, bu səbəbdən tətbiq edilməli olan beynəlxalq hüquq normaları müəyyənləşdirilib, münaqişə zamanı həm beynəlxalq insan hüququları hüququ, həm də beynəlxalq humanitar hüquq normalarının pozulması faktları əsasında sübuta yetirilib. Qaçqın və məcburi köçkünlərin, hərbi əsirlərin, Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qalmış mədəni sərvətlərin beynəlxalq hüquqi mühafizəsi məsələləri təhlil edilib.

Slide 3
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində
Vəfaddin İbayev / Bakı 2006
Image is not available

Kitaba Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi, hüquqi kökləri, inkişafı, beynəlxalq hüquqi tənzimlənməsi, münaqişə zamanı törədilmiş beynəlxalq hüquq pozuntuları ilə bağlı elmi əsərlər, məqalələr daxil edilib.

Slide 3
SOYQIRIM TARİXİNİN DASTANI
(İkihissəli xronikal, dramatik mənzum tarixi dastanı)
İftixar / Bakı 2013
Image is not available

Əsərdə cərəyan edən hadisələr tarixi qaynaqlara və faktlara əsaslanaraq qələmə alınıb. Tarix boyu erməni terroruna məruz qalmış xalqımızın başına gətirilən dəhşətli soyqırım hadisələri, o cümlədən, Xocalı soyqırımı faktı bədii səhnələrdə öz səciyyəsini tapıb. Eyni zamanda bu dastanda Qəhrəman adlı obrazın simasında erməni zülmünə dözməyən və Azərbaycanın öz qəhrəmanlıq tarixini yaradan bütün igid oğullarının şücaəti dolğunluqla canlandırılıb.

Slide 3
ERMƏNİSTAN - AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN TARİXİ KÖKLƏRİ VƏ MÜASIR DÖVR
Füzuli İsmayılov / Bakı 2009
Image is not available

Kitabda Ermənistanın təcavüzu nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılıb, XVII əsrdən, xüsusilə də XVIII əsrdən başlayaraq, Rusiya imperiyasına arxalanan ermənilərin Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmaq sahəsindəki fəaliyyətlləri, erməni ideoloqlarının çarizmin Azərbaycanda müstəmləkəçilik planları və geosiyasi maraqlarının həyata keçirilməsində iştirakı faktlarla təhlili verilib.

Slide 3
GORUS-2010: ABSURD TEATRI MÖVSÜMÜ
Ramiz Mehdiyev / Bakı 2010
Image is not available

Kitabda erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdləri elmi dəlillərlə ifşa edilib, Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradıldığını tarixi faktlarla göstərilib. Əsərdə Azərbaycanın qədim və müasir xəritələri oxuculara təqdim edilib.

Slide 3
ERMƏNİLƏR TƏRƏFİNDƏN AZƏRBAYCANLILARA QARŞI TÖRƏDİLMİŞ SOYQIRIM
Sadir Məmmədov / Bakı 2010
Image is not available

«Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım» adlı bu kitabça gənclərin, dünya ictimaiyyətinin və xarici qonaqların bu barədə məlumatlandırılması məqsədilə tərtib edilib. Kitabçada ermənilərin zamanla azərbaycanlılara qarşı törətdikləri soyqırımlar rəsmi dövlət arxiv sənədlərinə, problemlə ilgili elmi mənbələrə istinadən oxucuların nəzərinə çatdırılıb.

Slide 3
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ YUXARI QARABAĞDA SİYASİ VƏZİYYƏT
ERMƏNİ TERRORİZMİNİN GÜCLƏNMƏSİ (1918-1920)
Həvva Məmmədova / Bakı 2006
Image is not available

Kitabda zəngin arxiv materiallarından istifadə olunaraq, 1918-1920-ci illərdə Yuxarı Qarabağda siyasi vəziyyət, Zəngəzurda erməni terroru haqqında ətraflı məlumat verilib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları təhlil edilib. Bu dövrdə Azərbaycan hökumətinin atdığı qətiyyətli addım, General-qubernatorluğun yaradılması və fəaliyyəti geniş işıqlandırılıb.
Kitab erməni terrorizminin köklərini araşdırmaq və bəzi məqamlara aydınlıq gətirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Slide 3
QARABAĞ MÜHARİBƏSİ
Qısa tarix
Akif Nağı
Bakı 2014
Image is not available

Kitabda Qarabağ müharibəsinin kökləri, səbəbləri, gedişi, işğalçı Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər, talanlar, terror hərəkətləri konkret faktlar əsasında şərh edilib. Burada araşdırılan faktlar qədim dövrdən bu günə qədərki erməni xisləti, qəsbkarlığı və işğalçılığına qarşı Azərbaycan xalqının mübarizə yolu əhatə edilib.

Slide 3
QARABAĞ DÖYÜŞLƏRİ XATIRLANIR,
YAXUD FİKRƏT TERRORUN QARŞISINI NECƏ ALDI?
Mehrəngiz Nəbiyeva
Bakı 2005
Image is not available

Monoqrafiya divizyon komandiri Fikrət Həbib oğlu Nəbiyevin Qarabağ uğrunda gedən döyüşlərdəki qəhrəmanlıqlarına həsr edilmiş tədqiqat əsəridir. Əsər vətənpərvərlik mövzusunda aparılan mühazirələrdə dərs vəsaiti kimi zəruridir.

Slide 3
TÜRKLƏRƏ QARŞI TÖRƏDİLMİŞ ERMƏNİ TERRORUNUN QISA XRONİKASI
Məhəmməd Nərimanoğlu, Bilal Ənsər / Bakı 2009
Image is not available

Kitabda böyük Türk dünyasına qarşı zamanla apardıqları şovenist siyasətləri nəticəsində törətdikləri terror və faciələr qısa xronika və publisistik yazılarda öz əksini tapıb. Xronika “Vətən səsi” qəzetinin ayrı-ayrı saylarında dərc olunmuş materiallar əsasında hazırlanıb.

Slide 3
QARABAĞ: "EÇMİƏDZİN"İN MƏXFİ QRİFİ ALTINDA
Rövşən Novruzoğlu (Vəliyev) / Bakı 2012
Image is not available

Kitabda müəllif Azərbaycan torpaqlarının işğal olunması, azərbaycanlıların soyqırımı, Azərbaycan xalqına qarşı Dağlıq Qarabağda etnik təmizləmə siyasətinə başçılıq edən, dini qırğınlar törədən qruplara yardımçı olan terrorçu ermənilər barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun qovluqlarından, ABŞ Dövlət Departament sənədlərindən, erməni atxivlərindən əldə edilmiş faktlar araşdırılaraq təhlili tədqim edilib.

Slide 3
MÜBARIZƏMIZ QARABAĞDADIR
Əlisaab Orucov
Bakı 2011
Image is not available

Kitabda görkəmli ziyalı və hüquqşünas, sabiq ədliyyə nazırı Ə.Orucovun keçdiyi şərəfli ömür yolundan bəhs edilir. Əsərdə müəllif 1988-92-ci illərdə Dağlıq Qarabağ müharibəsində nazirdən daha çox, sıravi vətəndaş və bir əcgər kimi erməni təcavüzünə qarşı mübarizənin fəal iştirakçısı, baş vermiş hadisələrin bilavasitə canlı şahidi kimi erməni vandalizmini tam çılpaqlığı ilə ifşa edir. Eyni zamanda burada xalqımızın mübarizliyi, vətənpərvərliyi, cəsurluğu, sadəliyi tutarlı faktlarla oxucuya təqdim olunur.

Slide 3
ERMƏNİ MİLLƏTÇİLİYİ VƏ TƏCAVÜZKARLIĞI TARİXİNDƏN
Mehman Süleymanov
Bakı 2008
Image is not available

Kitab erməni millətçiliyinin, təcavüzkarlığının köklərinin araşdırılmasına, türk xalqları və bütünlükdə bölgə üçün dəhşətli bəlaya çevrilmiş erməni saxtakarlığının, erməni “başbilənlərinin” əsassız iddialarından doğan faciəli əməllərin tarixi mənzərəsinin yaradılmasına həsr edilib.

Slide 3
ƏSİRLİKDƏ TƏKCƏ TORPAQ QALMAYIB...
Əfqan Şəfiyev / Bakı 2008
Image is not available

Kitab Azərbaycanımızın ən füsunkar guşələrindən olan qədim Qarabağın və onun ətraf rayonlarının təşəkkülü, durumu barədə qısa məlumatlar, həmçinin ərazilərində yerləşən tarixi-memarlıq, arxeoloji abidələrindən bəhs edir.

Slide 3

DAĞLIQ QARABAĞDA ERMƏNİ TERRORU
Məhərrəm Zülfüqarlı
Bakı 2010
Image is not available

Kitabda erməni terrorçularının Dağlıq Qarabağda törətdikləri -1992-ci il 17 fevral Qaradağlı faciəsindən bəhs edilir. Əsərdə Qaradağlı faciəsinin canlı şahidləri bu faciəni Xocalı soyqırımı ilə müqayisə edilə biləcək faciə kimi qiymətləndirir, bir sıra şahidlər isə Qaradağlı faciəsini ikinci Xocalı faciəsi adlandırır.

Slide 3

ERMƏNİ DOSYASI
İsmixan Yusubov
Bakı 2011
Image is not available

Kitabda Dağlıq Qarabağ və onun ətrafındakı hadisələr, keçmiş SSRİ-də milli münasibətlər haqqında araşdırmalar, həmçinin bu məsələlərin meydana çıxması və inkişafı prosesinin tarixi baxımdan təhlili verilib.

Slide 3
UYDURULMUŞ TARİHTE
“ERMENİ SOYKIRIMI”
Guram Marhuliya, Şebnem Nuriyeva / 2010
Image is not available

Kitapta Ermeniler tarafından uydurulmuş ve yıllar boyu propogandası yapılan “Ermeni soykırımı” ve asıl olayların tarihi açıklanmıştır. Kitap yıllardan beri gerçekleşdirilmiş Ermeni terörünü ifşa eden olayları, vukuatları ve belgeleri, aynı zamanda onlarla bağlantılı Ermeni yalanları ve uydurmaları ile ilgili faktolojik belegeleri bir araya getiren bir eserdir.

Slide 3
RUS VE ERMENİ KAYNAKLARİ İŞIĞINDA ERMENİ SORUNUNUN ORTAYA ÇIKIŞ SÜRESİ (1678-1914)
Seyit Sertçelik / 2009
Image is not available

Ermeni sorununun ortaya çıkış süresi dikkate alındığında Osmanlı, Rus, ve Ermeni arşiv bölgeleri ilk başvurulacaq tarihi kaynaklardır. Eserde ermeni sorununun pek fazla bilinmeyen tarihi arka planı incelenerek, bu konunun Çalışık Rusyası”nı da ilgilendiren bir sorun olduğu açıklığa kavuşturulmaktadır. Ayrıca, Türkiye”de Ermeni sorununun ortaya çıkmasında donemin büyük gücleri İngiltere ve Rusiya”nın rolleri de incelenmiştir. Eserin konunun sürekli çarpılmakta olan noktalarının aydınlatılmasında ve sorun ile ilgili olarak Türk milletine yönelik yapılan asılsız suçlamaların aydınlığa kavuşturulmasına katkı sağlayacağı düşünülmektedir.

Slide 3
AZERBAYCAN BELGELERİNDE ERMENİ SORUNU
(1918-1920)
2001
Image is not available

Yayınlanan eserde, ermeni saldırıları sonucu can ve mal kaybını gösteren resmi tutanaklar, “Azerbaycan Hökümeti Fevkalade Soruşturma Kurulu”nun raporları, şahitlerden alınan ifade tutanakları, Azerbaycan Hökümetinin Ermeni sorunuile ilgili olarak itihaf Devletlerinin bölgedeki yetkilileri ve Ermenistan resmi makamları arasında yaptığı yazışmalar yer almaktadır. Eserin birinci bölümünde bu olaylara ait belgelerin Terkçe özetleri, ikinci bölümünde ise özetlerin fotokopileri yer almaktadır. Yayınlanan belgelerle tarihi gerçekler önyarğılı yaklaşımlardan uzak, bilimsel açıdan orijinal kaynaklarla ortaya konulmaktadır.

Slide 3
ERMENİ DOSYASI
Kamuran Gürün / 2012
Image is not available

Ermenistan ve Ermenilerle ilgili tarihsel bilgilerin ışığında, “Ermeni sorununu hazırlayan sebepleri”, Osmanlı İmparatorluğu'nda Ermenilerin durumunu, Birinci Dünya Savaşı yıllarında ve sonrasında büyüyen sorunu bu kitapta teker teker ele alıyor.Gürün, sorunla ilgili, kimi kaynaklardaki çarpıtılmış bilgilerin geçersizliğini de kanıtlıyor. Bu açıdan bakıldığında kitabın önemli bir yanı da Osmanlı ve yabancı devlet arşivlerinin belgelerine dayanması, konuyu açıklığa kavuşturacak bütün yabancı araştırmacıların çalışmalarını da değerlendirerek soruna nasıl bakıldığını ortaya koymasıdır. Bununla birlikte bu kitap, yalnız araştırmacılara yönelik değildir; herkese seslenmenin zorunlu olduğu inancıyla hazırlanmıştır.

Slide 3
THE ARMENIA-AZERBAIJAN CONFLICT OVER KARABAKH
(From History to Future Peace Prospects)
Tale Heydarov / London 2007
Image is not available

This book is the product of research by the Visions of Azerbaijan magazine. Visions of Azerbaijan is an independent publication, founded by the London Azerbaijan Society and the Anglo-Azerbaijani Youth Society. Its aim is to raise Azerbaijani’s profile in the world.

Slide 3
HISTORICAL FACTS OF ARMENIA’S ACTIONS IN AZERBAIJAN LAND AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES HISTORY İNSTITUTE NAMED AFTER A.A.BAKIKHANOV / Baku 2003
Image is not available

In this collection Armenians’ crimes in Azerbaijan are exposed by means of concrete historical facts. In documents, archives, epigraphic data and respective articles there is unmasked Armenians’ urge towards occupying Azerbaijan lands and establishing at these territories own state. Armenians applied for implementing the purpose such tested methods of struggle against Azerbaijan people like genocide, terrorism and deportation. History falsification, various diversions were important remedy for Armenians in this fight. The present collection is designed to inform the world public of atrocities inflicted by Armenians in our land through the past century.

Slide 3
REALITIES OF AZERBAIJAN: 1917-1920
Anar Isgenderli / 2011
Image is not available

The authors set to complete quite an uncomplicated task: to present a summary of piles of records and writings about the Armenian claims. It is up the readers to make conclusions. The book has only a rhetoric question: as opposed to Azerbaijanis, who historically advocated peace in the Caucasus and authored the idea of creation of the Caucasian House, what is the goal of the Armenians? This is the very core of the subject.

Slide 3
JUSTICE FOR KHOJALY
Heydar Aliyev Foundation / Baku 2015
Image is not available

The book introduces readers to the Armenian genocide against Azerbaijanis recognized as the Khojaly genocide, as well as its many aspects.

Slide 3
KHOJALY WITNESS OF A WAR CRIME
Armenia in the dock
The European Azerbaijan Society / 2014
Image is not available

In presenting the materials in this book we hope to get beyond statistics and stock images, to get across what this wanton destruction meant to individual people who share the hopes, fears and feelings of coman humanity but who wait still to be treated with the same humanity.

Slide 3
KHODJALI: VICTIMS AND WITNESSES
Havva Mammadova / Baku 2006
Image is not available

In this book there are used of materials, submitted by the Ministry of State Security of Azerbaijan Republic, the State Committee on affairs of the citizens taken prisoners, disappeared without a trace and taken hostage of Kodjali district Executive Power. The illustrations are taken from the photo archive of Azerbaijan State News Agency (AzerTadj) and the individual albums of the inhabitants of Khodjali.

Slide 3
THE KHODJALY GENOCIDE
Havva Mammadova
Baku 2009
Image is not available

In this book there are used of materials, submitted by the Ministry of State Security of Azerbaijan Republic, the State Committee on affairs of the citizens taken prisoners, disappeared without a trace and taken hostage of Kodjali district Executive Power. The illustrations are taken from the photo archive of Azerbaijan State News Agency (AzerTadj) and the individual albums of the inhabitants of Khodjali.

Slide 3
QARABAGH WAR WITNESSED BY WOMEN
Zemfira Maharramli
Bakı 2005
Image is not available

In these portrait-sketches and documentary stories the author has formed a general image of Azerbaijanian women who fought for liberation of our lands. This book is a small chronicle of Garabahg war we are exposed to. And all these are artistically reflected in separate sketches and stories about the girls marching into battle.

Slide 3
GARABAGH WAR
Akif Naghy / Baku 2011
Image is not available

This book is a popular form gives analysis of roots, causes, the caurse and problems related to overcoming of consequences of Garabagh war and depicts facts of atrocities, devastation and terrorist actions done by aggressor Armenia agenst Azerbaijan. Facts shown in the book embrace the struggle of Azerbaijan nation against Armenian nature and aggression.

Slide 3

НАГОРНЫЙ КАРАБАХ:
ИСТОРИЯ. ФАКТЫ. СОБЫТИЯ
Играр Алиев / Баку 1989
Image is not available

В брошюре дан краткий очерк истории Нагорно-Карабахской автономной области со времен глубокой древности до наших дней. В ней критически рассматриваются факты и события, приведшие К трагическим последствиям, потрясшим не только Азербайджан и Армению, но и всю нашу страну.

Slide 3
КАРАБАХСКАЯ ВОЙНА:
СРАЖАЛИСЬ И ЖЕНЩИНЫ
Земфира Магеррамли
Санкт-Петербург 2005
Image is not available

Книга известного писателя-журналиста Земфиры Магеррамли «Карабахская война: сражались и женщины» посвящена актуальной теме – борьбе азербайджанского народа против армянских оккупантов, защите и освобождению своих исконных земель, участию в этой войне, плечом к плечу с мужчинами, отважных женщин. Книга является логическим продолжением трилогии автора об отважных дочерях Азербайджана («В бой идут девчата», «В Карабахе кровавая война», «Сказание о сорока девушках»).

Slide 3
ХОДЖАЛЫ: ШЕХИДЫ И ШАХИДЫ
Хавва Мамедова
БАКУ 2004
Image is not available

Книга подготовлена по рекомендации главы исполнительной власти Ходжалинского района Шахмара Усубова. В книге использованы материалы, предоставленные Министерством Государственной безопасности Азербайджанской республики, Госкомитетом по делам граждан, попавших в плен, пропавших без вести и взятых в заложники, Ходжалинской районной исполнительной властью. Иллюстрации взяты из фотоархива Азербайджанского Государственного Телеграфного Агентства (АзерТадж) и личных альбомов жителей Ходжалы.

Slide 3
ИСТОРИЧЕСКИЕ ФАКТЫ О ДЕЯНИЯХ АРМЯН
НА АЗЕРБАЙДЖАНСКОЙ ЗЕМЛЕ / Баку 2003
Image is not available

Важным инструментом армян в этой борьбе стали фальсификация истории, всякого рода диверсии. Настоящий сборник призван довести до мировой общественности акты вандализма, содеянные армянами на нашей земле на протяжении последнего столетия, раскрыть истоки армянского сепаратизма, доказать необоснованность территориальных притязаний армян на исторические земли Азербайджана.

Slide 3
КАРАБАГ-НАМЕ
Мирза Адигезаль-Бек Баку 1950
Image is not available

Перевод с азербайджанского языка произведения историка ХIХ в. Мирзы Адигезаль-бека «Карабаг-наме». В своем произведении «Карабаг-наме» Мирза Адигезаль-бек освещает исторические события, происходившие в Карабаге и смежных с ним областях в период с 1736 по 1828 год. При изучении указанного выше периода наряду со всякого рода документами и источниками, должны быть привлечены сочинения азербайджанских историков, почему Институт считал целесообразным издать «Карабаг-наме» не только на азербайджанском языке, но и на русском.

Slide 3
ДВАДЦАТЬ ЛЕТ СПУСТЯ
Эйруз Мамедов
Баку 2008
Image is not available

Документальная аналитическая книга Эйруза Мамедова «Двадцать лет спустя» повествует о февральских событиях 1988 года. В те самые дни армянские экстремисты с помощью своих сторонников, живущих заграницей, задействовав незрелых юношей к массовым беспорядкам, пролили кровь в Сумгайыте. Эхо этого конфликта, созданного на национальной почве, пронеслось по всему миру.

Slide 3
СПРАВЕДЛИВОСТЬ ХОДЖАЛАМ
26 февраля, 1992 года
(Историческая справка)
Фонд Гейдара Алиева
Баку 2015
Image is not available

Ходжалы – город в Нагорно-Карабахском регионе Азербайджана общей площадью в 0,94 км 2 и с населением 7000 человек. Здесь располагался единственный гражданский аэропорт в регионе, поэтому Ходжалы являлся важным коммуникационным центром.

Slide 3

ЗАБЫТЫЙ ГЕНОЦИД
Феликс Церцвадзе
Нью-Йорк 2005
Image is not available

Автор не ставил перед собой цели оскорбить или обидеть, кого бы то ни было, а всего лишь попытался как можно более объективно отразить сложившуюся ситуацию. Автор придерживается твёрдого убеждения, что нет, и не может быть плохих народов, включая и упомянутых в данной книге. Народы таковы, как они есть и да свершится воля Божья.

previous arrowprevious arrow
next arrownext arrow