Kitabxana-İnformasiya Mərkəzindən İSTİFADƏ QAYDALARI 

Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanununa, “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 1998-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyul 2016-cı il tarixli  266 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”nə, UNEC-in Nizamnaməsinə və digər normativ-hüquqi aktlara əsasən hazırlanmışdır və oxuculara xidmət prosesini, KİM-in əsas fəaliyyətini, oxucuların hüquq və vəzifələrini, onların məsuliyyətini müəyyən edir.

 

  1. UNEC KİM-in strukturu, iş rejimi və kitabxanaya yazılma qaydası

1.1. UNEC KİM-də aşağıdakı kitabxanalar fəaliyyət göstərir:

  • UNEC Kitabxana-İnformasiya Mərkəzinin Əsaslı kitabxanası (09:00-18:00)
  • UNEC Kitabxana-İnformasiya Mərkəzinin 1 saylı kitabxanası (09:00-22:00)
  • UNEC Kitabxana-İnformasiya Mərkəzinin 2 saylı kitabxanası (09:00-22:00)
  • UNEC Kitabxana-İnformasiya Mərkəzinin 3 saylı kitabxanası (7 gün 24 saat)
  • UNEC Kitabxana-İnformasiya Mərkəzinin 4 saylı kitabxanası (09:00-22:00)
  • UNEC Kitabxana-İnformasiya Mərkəzinin 24/7 kitabxanası (7 gün 24 saat)

 

24/7 kitabxanasında havalandırma fasilələrində aşağıda qeyd edilmiş vaxtda oxucular kitabxanadan müvəqqəti çıxarılır:

  • 08:00-08:30
  • 14:30-15:00
  • 18:30-19:00
  • 23:30-00:00

1.1.2. Kitabxanalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən bayram və hüzn günləri fəaliyyət göstərmir. Eyni zamanda yay mövsümündə (1 iyul-15 sentyabr) kitabxanalar 1 növbəli iş rejimində (saat 09.00- 18.00) fəaliyyət göstərir.

1.1.3 Evə kitab verilişi Əsaslı kitabxanada saat 09:00-dan 18:00-dək, 2 saylı tədris binasının kitabxanasında isə 09:00-dan 22:00-dək həyata keçirilir.

1.2. UNEC KİM-ə yazılma qaydası:

1.2.1. UNEC-in təhsilalanları, professor-müəllim heyəti və digər əməkdaşları şəxsiyyəti təsdiq edən sənədi (etibarlılıq müddəti nəzərə alınmaqla tələbə smartkartı yaxud işçi vəsiqəsi) təqdim etməklə kitabxanaya yazıla bilər

1.2.2. Kənar istifadəçilər (UNEC-də təhsil almayan şəxslər, UNEC-in professor-müəllim heyətinin üzvü və UNEC-in əməkdaşı olmayan şəxslər) UNEC rəhbərliyinin ünvanına yazılı müraciət etdikdən və ona müsbət cavab verildikdən sonra kitabxanadan müvəqqəti oxucu kartı vasitəsilə istifadə edə bilər. Kənar istifadəçilərin istifadə müddəti gündəlik, həftəlik və aylıq ola bilər. Müddətin uzadılması barədə yenidən müraciət edilməlidir. Müvəqqəti istifadəçilərə evə kitab verilmir.

1.2.4. İstifadəçi smart kartını itirdikdə mütləq UNEC rəhbərliyinə məlumat verməlidir.

1.2.5. Kitabxanaya yazılma zamanı istifadəçilər bu Qaydalarla tanış olmalı və onları yerinə yetirmək öhdəliyini oxucu formulyarında imzaları ilə təsdiqləməlidirlər. Oxu zallarında qeydiyyatdan keçmiş oxucular UNEC KİM-in  əməkdaşları tərəfindən bu Qaydalarla tanış edilməlidirlər.

 

  1. UNEC KİM-in əsas fəaliyyəti

2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyul 2016-cı il tarixli  266 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi” 4.1.14.bəndinə əsasən UNEC KİM-in vəzifələrinə bütün kateqoriyalardan olan oxuculara kitabxana, biblioqrafiya və informasiya xidmətlərini göstərmək aiddir, o cümlədən:

2.1.1. Kitabxanada bütün resurslardan, kompüterlərdən, açıq “Wi-Fi” zonalardan istifadə etmək mümkündür.informasiya mənbələri (elektron kataloq, elektron kitabxana və elektron məlumat bazaları) haqqında oxuculara tam məlumat vermək;

2.1.2. ədəbiyyat seçimində, məlumat axtarışında oxuculara kömək göstərmək; 2.1.3. UNEC KİM-in fondunda saxlanılan çap məhsullarını və digər sənədləri müvəqqəti istifadə üçün oxuculara vermək;

2.1.4. elektron texnologiyalardan istifadə etməklə, kitabxanalararası abonement vasitəsilə oxucuların sorğularını cavablandırmaq üçün sənədlər əldə etmək;

2.1.5. UNEC-in  apardığı tədris, elmi-tədqiqat və tərbiyə işlərinə kömək məqsədi ilə informasiya mənbələrindən səmərəli və məqsədyönlü istifadə üçün oxuculara təqdim etdiyi bütün xidmətlər barədə məlumat vermək;

2.1.6. UNEC rəhbərliyinin, oxucuların, professor-müəllim heyətinin, elmi işçilərin, doktorant və təhsilalanların  məlumata olan tələbatını optimal şəkildə ödəmək;

2.1.7. Oxucuların bu Qaydalarda nəzərdə tutulmuş hüquqlarını təmin etmək.

 


 

III.Oxucuların hüquq və vəzifələri

3.1.Oxucuların hüquqları:

3.1.1. UNEC KİM tərəfindən təqdim edilən bütün kitabxana-informasiya xidmətlərindən istifadə etmək;

3.1.2. UNEC KİM-in fondlarında olan bütün növ sənədlərdən (kitab, dövri nəşrlər, dissertasiya və avtoreferatlar, e-resurslar) cari Qaydalara uyğun olaraq istifadə etmək;

3.1.3.UNEC KİM-in fondlarının tərkibi və oxuculara təqdim edilən xidmətlər haqqında tam şəkildə məlumatlandırılmaq;

3.1.4. Elektron kataloq və elektron kitabxanada axtarış, informasiya mənbələrinin seçilməsi və onlarla iş zamanı biblioqrafik kömək əldə etmək;

3.1.5. Oxucular üçün nəzərdə tutulmuş kompüter və digər texniki avadanlıqlardan istifadə etmək, şəxsi notbuk, planşet və qulaqcıqları kitabxanaya gətirmək və kitabxanada bütün resurslardan, kompüterlərdən, açıq “Wi-Fi” zonalardan istifadə etmək;

3.1.6.Bütün elektron resurslara və məlumat bazalarına giriş əldə etmək;

3.1.7.UNEC KİM-in daha səmərəli fəaliyyəti üçün təklif və tövsiyələr vermək, iradlar bildirmək.

3.2. Oxucuların vəzifələri:

3.2.1. Oxucuların evə götürdükləri kitabın formulyarında və müddət vərəqəsində oxucu kartının nömrəsi və tarix qeyd edilir, oxucu kitab formulyarını imzalamalıdır;

3.2.2. Oxucu götürdüyü kitab və ya kitabxana fonduna məxsus digər vəsaitlərə qayğı və ehtiyatla yanaşmalıdır;

3.2.3. Kitabxana daxilində kitablar və digər nəşrlər istifadə edildikdən sonra kitabxanaçıya təhvil verilməlidir.

3.2.4. Eyni adda nəşrdən (çoxcildli nəşrlər istisnadır) oxucuya yalnız 1 nüsxə verilir;

3.2.5. Kitab və ya kitabxana fonduna məxsus digər vəsaitlərdən istifadə zamanı qadağan olunur:

-oxucu smart kartını başqa bir şəxsə ötürmək, habelə başqasının smart kartından istifadə etmək;

-kitab və kitabxana fonduna məxsus digər nəşrlər üzərində qeydlər aparmaq, səhifələrini qatlamaq, cırmaq;

-kitab və kitabxana fonduna məxsus digər nəşrləri istifadədən sonra geri qaytarmamaq;

-kitabxanaya qida məhsulları və içkilər gətirmək, kitabxana binasında siqaret çəkmək, binanı zibilləmək, stol, stul və digər yerlərə saqqız yapışdırmaq;

-kompüterlərə istənilən proqram təminatını yükləmək, müxtəlif oyunlar oynamaq;

-sosial şəbəkələrdə müxtəlif çatlarda ünsiyyət qurmaq, əyləncə xarakterli saytlardan yararlanmaq;

-kompüterlərdən, internet şəbəkədən tədrisə və peşəkar fəaliyyətə uyğun olmayan məqsədlərlə istifadə etmək;

-bu Qaydaların 4.1. bəndində məsuliyyəti nəzərdə tutulmuş hərəkətlər etmək.

3.2.6. Oxucu oxu zalının bağlanmasına 20 dəqiqə qalmış kompüterdə işini yekunlaşdırmalıdır.

 

IV.Oxucuların və UNEC KİM-in işçilərinin məsuliyyəti

4.1. Oxucular aşağıdakılara görə məsuliyyət daşıyırlar:

4.1.1.Kitabxanadan kitab götürərkən oxucu onu diqqətlə yoxlamalı və səhifələri cırılıbsa və ya kitab fiziki cəhətdən yararsız hala salınıbsa dərhal bu barədə kitabxanaçıya məlumat verməlidir. Əks təqdirdə kitab kitabxanaya geri qaytarılanda müşahidə edilən bütün fiziki çatışmazlıqlara görə sonuncu istifadəçi məsuliyyət daşıyır

4.1.2. Bu Qaydaların 3.2 bəndində müəyyən olunmuş vəzifələri pozduqlarına görə;

4.1.3. Bütün növ sənədlərə, mebellərə, kompüter və digər kitabxana avadanlıqlarına ziyan vurduqlarına görə;

4.1.4. Kitabxana kitabını itirdiyinə və ya aşağıdakı cədvəldə müəyyən edilmiş müddətdə geri qaytarmadığına görə;

 

Oxucuların istifadəsinə verilən kitabların miqdarı və müddəti:

 

Sənədlər

Professor-müəllim heyəti, elmi tədqiqatçılar

İnzibati-təsərrüfat heyəti

Təhsilalanlar

Kitab

7 ədəd

5  ədəd

5 ədəd

İstifadə etmə müddəti

45 gün

21 gün

21 gün

Müddətin uzadılması

14 gün

10 gün

10 gün

Jurnallar,

konfrans

materialları, elmi

əsərlər

Yalnız kitabxanada istifadə etməli

Yalnız kitabxanada istifadə etməli

Yalnız kitabxanada istifadə etməli

Qəzetlər

Yalnız kitabxanada istifadə etməli

Yalnız kitabxanada istifadə etməli

Yalnız kitabxanada istifadə etməli

Dissertasiya və avtoreferatlar

Yalnız kitabxanada istifadə etməli

Yalnız kitabxanada istifadə etməli

Yalnız kitabxanada istifadə etməli

 

E-resurslar

Bazanın tələblərinə görə dəyişir (yalnız UNEC IP-lərindən və ya evdən loqin və parollarla)

 

Bazanın tələblərinə görə dəyişir (yalnız UNEC IP-lərindən və ya evdən loqin və parollarla)

 

Bazanın tələblərinə görə dəyişir (yalnız UNEC IP-lərindən və ya evdən loqin və parollarla)

Qeyd: Kitabxanada kitab çox sayda olduqda və ya həmin kitaba az müraciət edildikdə istifadə müddəti uzadıla bilər.

 

4.1.5. Kitabxana daxilində istifadəsinə icazə verilən sənədləri kitabxanadan kənara çıxardığına görə;

4.1.6. İstifadə üçün götürülmüş kitab və digər sənəd növlərinin üzərində qeydlər etdiyinə, səhifələri qatladığına, cırdığına, RFİD ştrix kodları və s. zədələdiyinə görə;

4.1.7. Açıq kitabxana fondlarında kitabların yerini qarışdırdığına və ya yerdəyişmə etdiyinə görə;

4.1.8. Kitabxanaya daxil olarkən telefondan səsli istifadə etdiyinə görə;

4.1.9. Kitabxanada sakitliyə və təmizliyə riayət etmədiyinə görə;

4.1.10. Kitabxanaya daxil olarkən üst geyimlərini qarderoba təqdim etmədiyinə görə;

4.1.11.Qida məhsulları, su və digər içkiləri kitabxanaya gətirdiyinə görə;

4.1.12.İçkili vəziyyətdə kitabxanaya gəldiyinə, siqaret çəkdiyinə, saqqızdan istifadə etdiyinə görə, onu yerə atdığına və ya kitabxana avadanlıqlarına yapışdırdığına, eləcə də etik davranış qaydalarını pozduğuna görə;

4.1.13.İşgüzar səfər, akademik məzuniyyət və sairlə əlaqəli uzun müddətə universitetdən uzaqlaşdıqda və ya xaric olunduqda oxucu kitabxanaya aid olan kitabları geri qaytarmadığına görə;

4.1.14. İtirilmiş və ya zədələnmiş texniki vasitələrin (maus, qulaqcıq, USB fləş kart və s.) yeni texniki vasitələrlə əvəz edilməməsinə görə;

4.1.15.Kitabxananın abunə olduğu elektron resurslardan istifadə zamanı təhlükəsizlik tələblərinə əməl etmədiyinə, təqdim edilmiş loqin parolları kənar istifadəçilər arasında yaydığına görə;

4.1.16. UNEC KİM-in kitabxanalarında, oxu zallarında və digər xidmət sahələrində nəzarətsiz qoyulan, unudulan şəxsi əşyalarının itirilməsinə görə.

4.2. Kitabxanaya məxsus kitab itirildikdə və ya zədələndikdə istifadəçi dəymiş ziyanı ödəməlidir.

4.3. Oxucu tərəfindən qaytarılmamış, yararsız vəziyyətə salınmış, itirilmiş kitabın, çap əsərinin və digər materialın eynisi ilə əvəzlənməsi mümkün olmadıqda, KİM-in Ekspert komissiyasının təqdim etdiyi siyahıdan kitabla(-rla) əvəzlənməsi aparılır. Bu mümkün olmadıqda, itirilmiş kitabın qiymətinin 10 misli həcmində vəsait ödənilir. 

4.3.1.Qaytarılmama, əvəzlənmə, yarasız vəziyyətə salınma, itirilmə barədə oxucuların iştirakı ilə müvafiq aktlar tərtib olunur (bir nüsxəsi oxucuya verilməklə), həmin aktlara əsasən mühasibat uçotu və kitabxana sənədlərində müvafiq qeydlər aparılır.

4.3.2. Ödəniş aparılandan sonra UNEC KİM-ə ödəniş qəbzi təqdim olunur:

 

Ödəmə üsulu

Rekvizitlər və ünvan

Ödəniş barədə qeydlər

Bank vasitəsilə

Benefisiarın Bankı: Kapital Bank ASC-in Səbail filialı

Filialın kodu: 200059

VÖEN: 9900003611

SWIFT kod: AIIBAZ2X

Müxbir hesab: AZ37NABZ01350100000000001944

Benefisiarın adı: Azərbaycan Dövlət İqtisad Universiteti

Benefisiarın hesabı: AZ96AIIB33010019443507362105

VÖEN 1700091281

Tələbənin adı soyadı, təhsil aldığı fakültə, kurs, qrup, ödənişin təyinatı (məs: itirilmiş kitaba görə dəymiş zərərin ödənilməsi)

Ödənilən məbləğ

 

4.4. Bu Qaydaların tələblərinə oxucu tərəfindən riayət edilmədikdə, onun UNEC KİM-in xidmətlərindən istifadəsi qismən və ya tamamilə məhdudlaşdırılır. Bu Qaydaları kobud surətdə pozan oxucular barədə UNEC rəhbərliyinə yazılı məlumat verilir.

4.5. UNEC KİM-in əməkdaşları aşağıdakılara görə məsuliyyət daşıyırlar:

4.5.1. Oxuculara keyfiyyətli və səmərəli xidmətin təşkilinə görə;

4.5.2. Oxucularla kobud rəftar etməsinə, onlara diqqətsizlik göstərməsinə və sorğularının cavablandırmamasına görə;

4.5.3. Kitabxana fonduna dəymiş maddi zərərə görə oxucudan ödənişin tələb edilməsi və ya nağd şəkildə qəbul edilməsinə görə.