WorldCat kitabxana kolleksiyaları haqqında dünyanın ən əhatəli məlumat bazasıdır.
Müasir dövrdə kitabxanaların fondları barədə məlumata çıxış olmazsa, istifadə edilməsi demək olar ki, mümkünsüzdür. WorldCat https://www.worldcat.org/ insanlara dünyanın istənilən yerindən kitabxana kolleksiyalarına baxmaq imkanı verir, onlara sadə internet axtarışı vasitəsilə tapıla bilən informasiya deyil, daha dərin və zəngin məlumat çeşidinə çıxış imkanı yaradır. Burada həmçinin müvafiq nəşrin dünya üzrə hansı kitabxanalarda yer aldığını da müəyyən etmək mümkündür. WorldCat-da UNEC akademik heyətinə məxsus nəşrlər də yer almaqdadır.
https://www.worldcat.org/search?q=Azerbaijan+State+University+of+Economics+%28UNEC%29
Burada 4-ü çap kitabı, 8-i elektron kitab, 120-si məqalə (onlardan 45-i yüklənə bilən məqalə), 1-i jurnal olmaqla, UNEC-ə aid ümumilikdə 145 nəşr mövcuddur. Burada “Journal of Economic Sciences: Theory & Practice” jurnalının 2012-ci il nəşrinin dünyanın 452 kitabxanasında yer aldığı göstərilir.
Kataloqda çap şəklində mövcud olan kitablar “II International Postgraduate Conference on Economics And Management” (Bakı, 2020), “5th International Conference on Lifelong Education and Leadership for ALL - ICLEL 2019 : 31 may - 02 June 2019”, “International Conference of Graduate Students in Economics and Management : Conference Proceedings Book” Bakıda keçirilən beynəlxalq konfransların materialları və xülasələr kitabıdır.
(https://www.worldcat.org/search?q=au=%22Ahmadov,%20Fariz%22)
Digər nəşr isə “Women entrepreneurs and strategic decision making in the global economy”dir ki, (IGI Global, Hershey) burada da UNEC əməkdaşları Nurhoca Akbulayev və Səadət Qəndilovanın “Azerbaijan women's entrepreneurship and microfinance” adlı birgə məqaləsi çap olunmuşdur. Bu nəşr dünyanın 154 kitabxanasında yer almaqdadır.
UNEC rektoru professor Ədalət Muradov, professor Yadulla Həsənli və dosent Nazim Hacıyevin həmmüəllifi olduqları World market price of oil : impacting factors and forecasting (2019) nəşri həm 3 ayrı-ayrı hissə (“Forecasting of the World Market Price of Oil”, “Theoretical-Methodological Principles of the Problem”, “Creating Econometric Models: Evaluation and Analysis”) şəklində, həm də elektron kitab şəklində kataloqa daxil edilmişdir və dünyanın 229 kitabxanasında mövcuddur.
https://www.worldcat.org/title/1099768392
Kataloqda UNEC-in professoru Zahid Məmmədovun “Dünya təcrübəsi kontekstində Azərbaycan iqtisadiyyatı : hadisələr, şərhlər və faktlar” və “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri : dərs vəsaiti” adlı nəşrləri yer almaqdadır Bu nəşrlərin Harvard Universiteti Kitabxanasında və Konqress Kitabxanasında mövcud olduğunu görmək olar. https://www.worldcat.org/title/261199171
Qeyd: Sorğular və axtarışın nəticələri fərdə və axtarış kriteriyalarına görə dəyişə bilər.
Nərminə Abdullayeva,
UNEC Kitabxana-İnformasiya Mərkəzi,
3 saylı kitabxananın müdiri.