UNEC-in 24/7 kitabxanasının layihəsi olan “Həftənin kitabı” bu dəfə “Əhali statistikası” kitabını təqdim edir.

Kitabın müəllifləri UNEC-in Elm üzrə prorektoru professor Sakit Yaqubov və Riyaziyyat və statistika kafedrasının dosenti Əli Əliyevdir.

Dərs vəsaitində əhali statistikasının ümumi - metodoloji tərəfləri, demoqrafik tədqiqatın metodologiyası və əsas istiqamətləri, əhali haqqında məlumat mənbələri, əhalinin sayı, tərkibi və yerləşməsi, doğumun, əhalinin demoqrafik qocalmasının, ölümün,  nigahın bağlanması və pozulmasının statistik təhlili məsələləri və digər mövzular geniş şərh edilib.

“Əhali statistikası” dərs vəsaiti 2022-ci ildə “İqtisad Universiteti” nəşriyyatında çapdan çıxıb. Kitab 232 səhifədir. Oxucular dərsliyi UNEC-in bütün kitabxanalarından əldə edə bilərlər.