"Polisə Dəstək" İctimai Birliyi. 
 
Kitabda Ümummilli lider Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında çalışdığı, Azərbaycan partiya təşkilatına, respublikaya rəhbərlik etdiyi, SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olduğu, yenidən respublikada hakimiyyət sükanı arxasına qayıtdığı dövrlərdə milli maraq və mənafelərin real təmsilçisi, fəal qoruyucusu kimi dahi öndərin bütün qüvvə və enerjisinin, təcrübə və bacarığının milli inkişafa, xalqımızın rifahının yüksəlməsinə və ictimai tərəqqiyə sərf etdiyi tarixi məqamlardan bəhs olunur.
Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin dərinləşdiyini nəzərə alsaq, bu kitabdan təkcə hüquq-mühafizə orqanları deyil, digər dövlət və qeyri-dövlət qurumlarında çalışan şəxslər, ziyalılar, jurnalistlər, tədqiqatçılar, tələbələr və başqa maraqlananlar faydalana bilərlər.