Kitabın elmi redaktoru rektor, professor Ədalət Muradov, məsləhətçisi isə Rabitəbankın Müşahidə Şurasının Sədri Zakir Nuriyev, müəllifləri UNEC-in professoru Zahid Məmmədov və dosent Aydın Hüseynovdur.
Kitabda beynəlxalq standartlara uyğun, müasir və rəqabətə dözümlü Azərbaycan maliyyə industriyasının müasir vəziyyəti və perspektivləri haqqında elmi cəhətdən əsaslandırılmış məlumatlar yer alır. Kitabın metodoloji və nəzəri əsasını iqtisadi nəzəriyyənin, maliyyə və kredit nəzəriyyəsinin müddəaları, maliyyə hüququ, Azərbaycan Respublikasının maliyyə-bank institutlarının fəaliyyətini tənzimləyən normativ xarakterli sənəd və təlimatlar təşkil edir. Kitab “Monetar iqtisadiyyat”, “Maliyyə institutları, bazarı və alətləri”, “Bankçılıq”, “Sığorta işi”, “Bank-sığorta”, “Kapital bazarları və birjanın fəaliyyəti” mövzularından bəhs edən 5 fəsildən ibarətdir. Mövzuların əksəriyyəti Azərbaycanda iqtisadi ədəbiyyat üzrə ilk dəfə işlənib və tədqiq edilib.